Heydər Əliyev prospektində yeni tikilən binanın fəhlələri etiraz aksiyası keçiriblər. “Qafqazinfo” xəbər verir ki, “İnter Arena”nın yanında yerləşən tikilidə çalışanlar 8 aydır maaş almadıqlarını bildiriblər. Maaşlarını tələb edən fəhlələr binanın damına çıxaraq haqlarını tələb ediblər.