Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilməli olan proses təxirə düşüb. Buna səbəb M. Əhmədovun səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirilməsinin olduğu bildirilib.
Məhkəməyə bu barədə klinikadan müraciət daxil olub.
Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, dövlət ittihamçısı Maşallah Əhmədovun 9 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi. Bu gün Maşallah Əhmədov son sözlə çıxış edəcəkdi