Türkiyə və Rusiya səfirin qətlini birgə araşdıracaq. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Ankara və Moskva bu insidentin arxasında kimin dayandığını müəyyən etməlidir.
Türkiyəli nazir bu hücumu Rusiya-Türkiyə münasibətlərinə qarşı yönəlmiş bir addım adlandırıb.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.