Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Nazirlik işçisi peyvəndlərdən danışdı

Azərbaycana peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi ölkələrdən gətirilir.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev bildirib ki, ÜST kütləvi istifadə olunan peyvəndlərə ciddi nəzarət edir: “Peyvəndlər də digər dərman preparatları kimi dövlət qeydiyyatından keçməlidir. Onlara istifadə üçün 5 illik qeydiyyat vəsiqəsi verilir. Digər dərmanlar kimi peyvəndlər də ölkəyə idxal olunan zaman onların sənədləşməsinə diqqət yetirilir. Bununla yanaşı, onların qablaşdırılma, içlik vərəqəsi olmalıdır”.

P. Hacıbalayev əlavə edib ki, bəzən Hindistandan gətirilən peyvəndlərin pis olduğu deyilir: “Düzdür, aralarında keyfiyyətsizləri də olur. Əslində Hindistanda yaxşı peyvənd istehsalçıları var. Peyvənd digər dərman preparatlarından fərqli olaraq bioloji maddədir. Onun əks təsirinin olması üçün bir çox amil mövcuddur. Bu zaman genetik faktorlar da rol oynaya bilər”.

Dərman vasitələrinin qeydiyyatı ekspertizası şöbəsinin mütəxəssisi Ulduz Eyvazova isə qeyd edib ki, çox zaman valideynlər peyvənddən sonra uşaqlarda yüngül soyuqdəymə əlamətləri gördükdə narahat olurlar: “Onlar hesab edirlər ki, peyvənd və vaksinlər köhnə olduğu üçün əlavə təsirləri  yaranır. Əslində, peyvəndlər uşaqlara ona görə vurulur ki, onlar infeksion xəstəlikləri yüngül formada keçirsinlər. Uşaq orqanizmində həmin xəstəliklərə qarşı antitellər yaranır. Peyvənddən sonrakı əlamətlər əlavə təsir deyil, bunların olması normal reaksiyadır”.






20 Dekabr, 2016  13:33 Baxılıb: 1528 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55