Bu gün Abşeron rayonu, Novxanı kəndində vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Simsar.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.