Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Rusiya və Türkiyə daha da yaxınlaşacaq-Sahib Alıyev

Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin nüfuzuna məqsədli şəkildə vurulan zərbədir”. simsar.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev bildirib ki, terrorçunun kimliyi bəllidir:

“Bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlər və müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir. Üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə, regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiya ilə sıx əməkdaşlıq ona baha başa gələcək”.

S.Alıyev deyib ki, iki ölkə rəsmilərinin verdiyi açıqlamalardan görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında hansı qüvvənin dayandığını yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı məlum insidentdən fərqli olaraq iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracaq.







20 Dekabr, 2016  11:27 Baxılıb: 1375 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55