Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Bayram yarmarkaları sökülür

Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtda təşkil etdiyi bayram yarmarkalarının keçirilməsi üçün hazırlanan çadırların fəaliyyət göstərməsinə problem yaranıb. Bu barədə Trend-ə Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Qurum sözçüsü bildirib ki, buna səbəb çadırların təhlükəsizliyi ilə bağlı texniki şərtlərin tələb edilməsidir:"Çadırların fəaliyyət göstərməsilə bağlı Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarından texniki şərt almaq tələb olunur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Hələlik müraciətə cavab verilməyib. Əgər çadırlar texniki şərtlərə cavab verməsə söküləcək və bayram yarmarkaları açıq hava şəraitində təşkil ediləcək. Texniki şərtlər alınmadığından isə hələlik yarmarkaların çadırlarda fəaliyyət göstərməsinə icazə verilmir".

Ə.Bağırov deyib ki, hazırda Bakıda 10 yerdə bayram yarmarkası çadırı qurulsa da, onların fəaliyyət göstərməsinə icazə verilməyib:

"Məsələn, metronun "Neftçilər" stansiyasının qarşısında quraşdırılan bayram yarmarkası çadırı sökülüb. Ola bilsin ki, başqa çadırlar da sökülsün".






20 Dekabr, 2016  11:17 Baxılıb: 1737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55