Gələn ildən 9-cu sinif üzrə buraxılış imtahanlarında xarici dil üçüncü imtahan fənni kimi əlavə oluna bilər.
Bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hazırda 11-ci sinif üzrə buraxılış imtahanlarında şagirdlər xarici dildən imtahan verirlər: "Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarında şagirdlər yalnız Azərbaycan dili və riyaziyyatdan imtahan verəcəklər. Ola bilsin ki, gələn ildən 9-cu sinifdə də üçüncü fənn kimi xarici dil əlavə olunsun. Biz bu il bununla bağlı monitorinq imtahanları keçirərək nəticələrini ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik".