Bakıda və Sumqayıt şəhərlərində yarmarkalar təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədilə 24-31 dekabr tarixlərində fasiləsiz olaraq nazirlik tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur: