Bakı Ali Neft Məktəbinin (BANM) və ABB şirkətinin birgə əməkdaşlığı ilə ABB Bakı Ali Neft Məktəbini müasir tədris mərkəzi ilə təmin edir. Mərkəz müasir enerji infrastrukturları ilə bağlı layihələrdə istifadə olunan müasir nəzarət, avtomatlaşdırma və alətlər texnologiyalarını təmin edərək tələbələrə təhlükəsiz, nəzarət olunan mühitdə, zavodlarda müasir nəzarət yerlərini əvəzləyən şəraitdə təhsil almağa imkan yaradır. Belə ki, tədris mərkəzi tələbələrin nəzəri biliklərinin təcrübəyə çevrilməsinə kömək edir.
BANM-ın rektoru Elmar Qasımov mərkəzin üstünlüklərindən danışaraq bildirib ki, “Oxuduqaları dərsləri sənaye avadanlıqları və yeniliklərə əlavə edərək, tələbələr akademik mühitdən sənayeyə sürətlə daxil olacaqlar”.
“Gələcək mühəndisləri praktiki olaraq yeni və köhnə sənaye texnologiyarı ilə tanış edərək həmin avadanlıqlar auditoriyalara gərçək dünyanı göstərir” – deyə ABB şirkətinin ölkə üzrə rəhbəri Rüstəm Qasımov vurğulayıb.
ABB-nin regional direktoru Martin Qradi: “ABB dünyanın strateji yerlərində tədris və təlim mərkəzlərinin yaradılması üçün illərlə çalışıb. Biz çox məmnunuq ki, biz bölgədə növbəti əməkdaşlıq addımı ataraq BANM-ə, onun tələbələrinə və sənayeyə dəstək göstəririk” – deyə bildirib.