Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan “Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib.
MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya deyib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, veriliş 1 saatlıq canlı yayımlanır: “Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb. Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır”.
O bildirib ki, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq