Dekabrın 15-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 7 nəfər xəsarət alıb:
"Hadisələr nəticəsində avtomobillərə ziyan dəyib. Qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almadığına görə baş verib. Qəzalarda ölən olmayıb".(trend)