Xəzər dənizində itkin düşən neftçilərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 “Vixr” gəmisi cəlb olunub.
Bu barədə Simsar.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, artıq neftçilərin axtarışı üçün xilasedici dəstələr yola salınıb.
Bu gün səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.