Şirvan sakini Hacıqabul ərazisində kanalda batıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1940-cı il təvəllüdlü Qurbanov Məhəmməd Cəlil oğlu Hacıqabul ərazisindən keçən kollektorda balıq tutarkən suya yıxılıb. Nəticədə o, boğularaq ölüb.
Meyit sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.