Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

42 xəstəyə sümük iliyi köçürülüb - AZƏRBAYCANDA

Azərbaycanda 2014-cü ildən indiyədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov ilin yekunlarına dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, Mərkəzdə 2014-cü ildən fəaliyyətə başlayan Sümük iliyi transplantasiyası şöbəsində bu il ərzində 17 xəstə üzərində sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib.

C.Məmmədov bildirib ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir: "2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə tədbirlər planı"nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənib”.

Direktor deyib ki, hazırda Mərkəzdə dispanser qeydiyyatda olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur: "2016-cı il ərzində Respublika Talassemiya Mərkəzinə 21 009 müraciət olub. Bunlardan 2749 ilkin müraciət etmiş şəxsdən 276 nəfəri dispanser qeydiyyata götürülüb. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür".






14 Dekabr, 2016  11:28 Baxılıb: 1701 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55