Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Aleksander Şapiro Suliman: “Hər iki tərəfin inandığı ölkənin vasitəçiliyi ciddi nəticə verə bilər”

“Biz bunu Azərbaycanın timsalında RusiyaTürkiyə münasibətlərinin nizama salınmasında görmüşük” İsralin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı müzakirə mövzularından birinin İsrail Fələstin münaqişəsi olacağı ilə bağlı məlumatlar səfər öncəsi yayılmağa başladı. Azərbaycanın hər iki tərəflə normal münasibətlər saxlayaraq, həmçinin, islam dövləti olaraq, problemin həlli üçün öz barıdrıcı missiyasını təklif edə biləcəyi də bildirilirdi.

Diplomatik mənblərdən mediaya məlum olub ki, danışıqlarda İsrail - Fə­ləs­tin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparıb. Qeyd edək ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq, Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyni bəyan edib.

Azərbaycanın Fələstin probleminin nizama salınması ilə bağlı vasitəçilik missiyası nəticə verə bilərmi?

Yəhudi əsilli ictmai fəal, sülhməramlı səfir Aleksander ŞapiroSuliman qəzetimizə açıqlamasında bildirdi ki, İsrail dünyada məxsusi dəst xətti olan, antiterror əməliyyatları aparan dövlətdir: “Azərbaycanda da xeyli İsrail vətəndaşı yaşayır. Ölkələrimiz arasında çox normal dostluq münasibətləri mövcuddur. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrail öz rolunu bildirir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıq müqavilələrinin mövcudluğu Ermənistanı ciddi narahat edən məsələlərdən biridir. Bununla yanaşı, Xocalı hadisəsi və digər hadisələrlə bağlı İsrail daim Azəraycanı dəstəkləyən ölkə olub. Baxmayaraq ki, bir sıra qonşu dövlətlər Azərbaycan - İsrail münasibətlərinin inkişafının əleyhinə olsalar da, rəsmi Bakı bu istiqamətlə balanslı siyasət yürüdür. Hesab edirəm ki, Azərbaycanın Fələstin probleminin həlli istiqamətində vasitəçilik missiyası uğurlu alına bilər. Çünki Azərbaycan müsəlman ölkəsi olmaqla yanaşı, həm də İsraillə strateji tərəfdaş sayılan ölkələrdəndir. Hər iki tərəfin inandığı ölkənin vasitəçiliyi ciddi nəticə verə bilər. Biz bunu Azərbaycanın timsalında Rusiya-Türkiyə münasibətlərinin nizama salınmasında görmüşük”.(Azinforum.az)






14 Dekabr, 2016  11:21 Baxılıb: 2193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55