Dekabrın 7-də Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda başlanan təmir-bərpa işləri başa çatıb.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, artıq yol istifadəyə hazır vəziyyətə gətirilib:
"Təmir bərpa işlərinin aparılması məqsədilə yol iki həftəlik bağlanmışdı. Təmir işləri daha tez yekunlaşdı və yol dekabrın 15-dən istifadəyə veriləcək".