Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

"Azəravtoyol" gücləndirilmiş iş rejiminə keçir-Havaya görə

Dekabrın 14 və 15-də ölkədə gözlənilən hava şəraiti ilə əlaqədar olaraq "Azəravtoyol" ASC balansında olan avtomobil yollarında hərəkətin fasiləsiz təşkili üçün gücləndirilmiş iş rejimində çalışacaq.

"Azəravtoyol" ASC-dən Simsar.az-a  verilən məlumata görə, yolların qardan və buzdan təmizlənməsi üçün bütün texnika, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı toplanıb. Bakı şəhərində balansda olan yollarda, küçə və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün öncədən maşın-mexanizmlər əraziyə çıxarılacaq.

Analoji addımlar respublikanın avtomobil yollarında da atılacaq. Atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması şərtdir. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Çünki həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik onlar digər nəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar. Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur.

Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur.

Bundan başqa respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyatlar toplanıb. Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyatlardan istifadə etməklə yollarına davam edə bilərlər.






13 Dekabr, 2016  17:29 Baxılıb: 1995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55