“İsraillə Azərbaycan arasında mükəmməl münasibətlər və uzunmüddətli dostluq mövcuddur”.
APA-nın “Jerusalim Post”a istinadən verdiyi məlumata görə, bunu İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
O, Azərbaycana ikinci dəfə səfər etməkdən məmnun olduğunu bildirib: “Sizin qoruduğunuz inklüzivlik və tolerantlıq ənənəsi sayəsində yəhudi milləti burada özünün çox rahat hiss edir. Eyni zamanda İsraildə də Azərbaycandan olan yəhudilər yaşayır və onlar iki dövlət arasında körpü rolunu oynayır”.
Baş nazir həmçinin Azərbaycan prezidenti ilə enerji məsələlərini müzakirə edəcəyini bildirib.