Pirotexniki məmulatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Simsar.az-a verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazimçay” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə “Arçi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib və itin reaksiyasına əsasən, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən 1856 ədəd pirotexniki məmulatlar aşkar olunub.
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məmulatı əsasında “Mazimçay” gömrük postunda Gürcüstandan ölkəmizə gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin hər dörd qapısının içərisindəki boşluqlardan isə 2540 ədəd petarda tipli pirotexniki məmulatlar aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.