Gənc tarixçi və ilahiyytaçı Yusif Məmmədli simsar.az saytının qonağı olub. Həm dindən həm də tarixdən bəhs edən müsahibəni sizə təqdim edirirk.
-Son zamanlarda sizi efirlərdə görməyə başladıq. Tanınmış ilahiyyatçı hacı Surxayın oğlusuz. Siz də deyəsən onun davamçısı olmağı qərar vermisiz...
-Çox təşəkkür edirəm ki, məhz mənə verdiyiniz ilk sualı atamla bağladınız. Həzrəti Peyğəmbərdən belə bir hədis var ki, insanın özündən sonra qoyduğu ən dəyərli varlıq onun övladı, bir də elmidir. Mən həyatda Allaha şükr edirəm ki elə bir insanın övladıyam. Peyğəmbərdən hədis var ki, insan valideynin duası ilə ucalar. Gözümü açandan Qurani –Kərimi gördüm, onunla böyüdüm. Çalışıram özümü atama oxşada bilim. Bu gün mənim kimi gənclər üçün daha rahatdır İslam adət-ənənələrini davam etdirmək. Çünki dövlətimiz dinimizə böyük sayqı ilə yanaşır. Onu da xüsusilə qeyd etmək istəyərdim ki, cəmiyyətimizdə dini maarifləndirmə mütləq olmalıdır. Bu gün gənclərimizin çoxu dindən az məlumatlıdırlar. Çoxları avropaya meyllidirlər. Düzdür, Avropada da oyrəniləsi çox şeylər var, məsələn elmini oyrənə bilərik. Ancaq bizdə daha çox mənfi xüsusiyyətlər götürülür. Bu gün ictimai nəqliyyatda gənclər yaşlı insanlara yer vermirlər. İnsanlara dini elə çatdırmaq lazımdır ki onlar mənəvi baxımdan həzz ala bilsinlər. Çox əfsuslar olsun ki, yaxın şərqdə baş verənlər də islamı gözdən salmağa xidmət göstərir. Uca Allahın adı ilə müsəlman başları kəsilir. Din bu deyil. Əsl İslamı görmək istəyən Azərbaycana gəlsin. Burda nə xristiana, nə yəhudiyə nə də başqa dinlərə qarşı radikal mövqe yoxdur. Tam tolerant bir ölkədir Azərbaycan.
-Doğrudur əvvəlki illərlə nisbətdə indi gənclərin dinə meyli daha çox artıb. Anacq yenə də nəsə çatmır elə bil. Yəqin ki, mənimlə razılaşarsız, korkoranəlik var sanki.
-Bəli razıyam. Bir gənc kimi onu deyə bilərəm ki, islama meylli olsaq da az oxyuruq. Mütaliəsizliyin bəzi fəsadları var. Bu gün bir avropa gənci ilə şərq gəncini qarşı-qarşıya qoyduqda elm və intellektual baxımdan şərqli uduzur. Bu fikrimi təbii ki ümumi statistikaya görə deyirəm. Səbəb isə eynidir. Şərq gənci oxumur. Dünya Qurani-Kərimdən bəhrələnib inkişaf edir amma biz oxumuruq.
-Biz daha çox sevirik Quranı kimsə oxusun bizə diqtə eləsin, o da həmin effekti vermir...
-Təbii ki, həmin effekti verməyəcək. Göz yaddaşı daha itidir. Birbaşa zehnə köçürülür gözlə oxunan. Böyük alimlər bizim kitabı mənbə götürüb, elmi nailiyyətlər əldə ediblər. Biz niyə bundan kənarda qalmalıyıq?
-Yalnız məscidlərdə moizələrə qulaq asmaqla bu istiqamətdə irəliləyişlərin olmasını gözləmək də yanlışdır zənnimcə. Necə düşünürsüz, bəs nə etmək lazımdır?
-Təbliğat güclənməlidir. Seminarların keçirilməsi gözəl olardı. Onu da qeyd edim ki, insanın özündən də çox şey asılıdır. Bu gün gəncələrimiz sosial şəbəkələrdən istənilən informasiyanı oxuyur, qəbul edir. Yani qavrama baxımından heç bir problemimiz yoxdur. Azərbayca xalqı həmişə dininə bağlı xalq olub. Dövlət atributlarımızda da islamın rəmzi var. Gənclərimiz elmli olarlarsa heç bir yad təsir onu yoldan çıxara bilməz.
-Dünyəvi elmlərə sahiblənən gənclərimizin də sayı az deyil. Amma təəssüf ki təhsil artırmaq üçün yenə də Avropaya üz tuturlar...
-Doğru deyirsiz. Burda bir neçə səbəb var ki onlardan biri prestijdir. İndi Avropada təhsil almağı prestij hesab edənlər çoxdur. Halbuki, şərqdə də çox dəyərli universitetlər və alimlər var. Digər səbəblərdən biri isə insanlarda şərq xofu yaradılıb. Valideynlər adətən övladlarının şərqə, müsəlman ölkələrinə göndərməyə ehtiyat edirlər. Təbii ki, yaxın şərqdə baş verən xaosdan sonra daha çox yarandı bu xof.
- Əvvəllər belə bir ənənə olub ki, minbərdən yaşlı adam danışsın. Amma son zamanlar bu gənclərılə əvəz edilir. Minbərdən çıxış edənlər arasında ən gəncisiz deyərdim. Çətin deyilmi bu yaşda oradan çıxış etmək?
-Mən həmişə bir məsələni qorumağa çalışıram. Özümdən yaşlı nəslə nəsihət verməyim. Buna mənim yaşım imkan vermir. Peyğəmbər və imamlardan olan hədisləri Qurani-Kərim ayələrini insanlara çatdırıram.
-İxtisasca trixçisiz. Bu yolda fəaliyyətinizi davam etdirməyi düşünmürsüz?
-Tarix sahəsində də müəyyən işlər görürəm. 2 tarixi hadisəni araşdırmışam. Biri Səfəvilərlə bağlı, daha dəqiq desək Şah İsmayıl Xətai ilə bağlı olub. Digəri isə Osmanlı tarixində Sultan Süleymanın oğlu şahzadə Mustafanı oldürtdürməsi hadisəsidir. Bəzi araşdırmalardan belə qənaətə gəldim ki, əslində şahzadə Mustafanın atası tərəfindən edam edilməsinin əsas səbəbi onun qızılbaş olması idi. Yani şahzadə Mustafa qızılbaşlara qoşulmuşdu. 1548-ci ildə Mustafanın atasına yazdığı məktubda deyir ki, ata sən diyari – şərqə hücum edirsən, sən qocalmısan. Bu qorxunc bir ifadədir. Cahan padşahına belə söz deyilməz. Tarixə nəzər salsaq, Sultan Bayazitin dövründə Anadolu demək olar ki, qızılbaşların idi. Şahzadə Mustafa da öz dövründə daha çox Amasiyada olub. Hansı ki, Amasiyada qızılbaş ideologiyası üstünlük təşkil edirdi. Hətta bəzi mənbələrdə şahzadənin dayısının qızılbaş olduğu da qeyd edilib. Mən araşdırmalar zamanı maraqlı bir faktla da qarşılaşdım. Italyanlar şahzadə Mustafanı çox istəyirlər. Ona qarşı böyük ehtiram var. Hətta italyanlar şahzadə Mustafaya bizim dil ilə desək mərsiyyə də yazıblar.
-Qeyd etdiniz ki, Səfəviləri və Şah İsmayıl Xətaini də araşdırmısız. Maraqlıdır, Çaldıran döyüşündən nə deyə bilərsiz?
-Deyirlər ki, türk dünyasını geri salan 2 döyüş var, biri 1402-ci ildə Ankara döyüşü, digəri isə 1514-cü ildə Çaldıran döyüşüdür. Yaxşı olardı ki bu döyüşlər heç olmazdı. Bəziləri bu döyüşü məzhəb döyüşü adlandırır. Amma mən belə deməzdim. Açığı o qədər acılı bir tarixdir ki, mən şəxsən əziyyət çəkirəım o tarixi oxuyanda. İki türk bir-birinin qanını tökür.
-Şah İsmayıl Xətai eyni zamanda seyid olub. Azərbaycandan Məşhəd və Kərbalaya avtobus və təyyarələrlə ziyarətlər təşkil edirlər. Gözəl olmazdımı ki, bu ziyarətgahların siyahısına şahımızın qəbrini də əlavə etsinlər?
-Çox gözəl bir ideyadır əslində. Bu təklifi ictimailəşdirmək gözəl olardı. Niyə də olmasın? Bunu azərbaycanlı zəvvarlar da sevə - sevə qəbul edərlər. Bu birbaşa tariximizi unutmamağımıza xidmət edər. Biz özümüzün qədrini bilməliyik.
İradə Nurəddinqızı