Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Belarus Dövlət Rabitə Akademiyasının universitetəqədər hazırlıq fakültəsinin dekanı Yuri Stepancukla görüşüb.BANM-dən Simsar.az-a bildirilib ki, görüşdə Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, fəaliyyət istiqamətləri və perspektiv planlarından danışaraq Ali Məktəbin beynəlxalq əlaqələrinin getdikcə daha da genişləndiyini deyib.
Yuri Stepancuk Ali Neft Məktəbinin fəaliyyəti ilə tanış olaraq burada tələbələr üçün yaradılan şərait və imkanların yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə əlaqələrin qurulması və gələcək əməkdaşlığın inkişaf etdirilməsi üçün müqavilə imzalanması barədə razılıq əldə olunub. Gələcəkdə imzalanacaq əməkdaşlıq müqaviləsinin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcəyi vurğulanıb.