"Azərbaycanda dolların "qara bazarı" var idi, bununla bağlı dövlət başçısının tapşırığına əsasən məruzələr edirdim". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
"Bununla bağlı cinayət işi qaldırılıb, bu istiqamətdə iş davam etdirilir. Müəyyən adamlar saxlanılıb, müəyyən adamların isə adları keçir. Bu istıqamətdə bundan sonra da qətiyyətli addımlar atılacaq", - M.Quliyev əlavə edib.