“Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həbs olunan reket jurnalistlər son 10 ildə qeyri-qanuni fəaliyyətlə məşğul olub, müəyyən vəzifəli insanların uşaqları ilə bağlı qanunsuz çəkilişlər aparıblar”.
Simsar.az Trend-ə istinadən xəbər verir ki, bunu dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyev deyib. Onun sözlərinə görə, həmin şəxslər bu cür videogörüntülərlə həmin şəxslərdən pul tələb ediblər: "Bunula bağlı Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi qaldırılıb və məsələyə hüquqi qiymət veriləcək".