Bakıda dekabrın 16-da Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclası keçiriləcək. Simsar.az xəbər verir ki, bu barədə "Report"a diplomatik mənbələrdən bildiriblər.
Bununla əlaqədar Rusiya hökuməti sədrinin müavini, hökumətlərarası komissiyanın Rusiya tərəfindən olan həmsədri Dmitriy Roqozin Bakıya səfər edəcək.
İclasda iki dövlət arasında əlaqələrin hər bir sahədə inkişaf etdirilməsi, yeni sazişlərin imzalanması və digər bu kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədri Yaqub Eyyubovdur.