Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Şou

Samiraldo: "Bəlkə də məni öldürsəydilər savab iş görərdilər..."

Stilist Samiraldo Simsar.az saytının qonağı olub. “Açıldı” sözü ilə gündəmə gələn stilist etiraf edir ki hazırda bu sözün sayəsində stilistlikdən qat-qat çox pul qazana bilir.

-20 ildir stilist işləyirəm. Bu müddətdə sənət mənə heç nə vermədi. Qazancım elə bil daşdan çıxırdı. Yanımda öyrənən  köməkçilərim məndən yaxşı qazandı. Amma indi bir açılışa gedirəm bir kəlmə “açıldı” deyib lent kəsib qonararımı alıram.

- Maşın alandan sonra elə bil lap məşhurlaşdın...

-Maşını keçən il almışam. Ona qədər avtobusla gedib gəlirdim. 40 yaşım oldu  və birdən- birə  Allah mənə yol açdı. İndi o yolla da pulumu qazanıram.

-Yəqin, bu yol reklam yoludur?

-Bəli, mən Samiraldo obrazını yaratdım. İnsanlar Samir Əliyevi qəbul edə bilmirlər. Çünki, o, çox mədəni, tərbiyəli , özünə hörmət edən və yetimliklə böyüyən bir insandır. Insanlar ona mane olmağa çalışdılar, Samir Əliyev çox təhqir olunurdu.

-İnsanlar Samir Əliyevdən nə istəyirdilər ki?

-Onu anlaya bilmirdilər. Çoxları moda, FASHİON  nə deməkdir, bilmirlər. Samir Əliyevin isə öz yolu var idi. İstədiyi stili yarada bilirdi.

-Bəs o insanlar Samiraldonu necə qəbul etdilər?

-20 ildə qazanmadıqlarımı Samiraldo mənə qazandırdı. Baxın, “açıldı”, “qəhrəman” “aaaaaay”sözləri hamının dilində əzbər oldu. Bunlar adi sözlərdir. Bu sözlərin sayəsində hazırda ən öndə gedən məclislərin başında otururam.

-Samiraldo həm də qəşəng rəqs edir. Sosial şəbəkələrində rəqsləri izlənmə rekordu qırıb.

-Uşaqlıqdan rəqsi sevən insan olmuşam. Böyük səhnələrdə olmuşam. “Spider “qrupunun üzvü idim.  Rəqslə içimdəki dünyamı boşaldıram. Bu da bir vergidir yəqin…

-Amma bildiyim qədər sən uşaqlıqda xəstə olmusan…

-Düzdür, fikirləşirəm ki, həyatımı özüm idarə etməmişəm. Öz ssenarisi olub. Həmişə Allahın verdiyi alın yazısı ilə getmişəm. Mənim anam diplomat olub, atam baş mühəndis .Bəli, mən Moskvada xəstə vəziyyətdə doğulduğuma görə atılmışam. Mən uşaqlığımda yeriyə bilmirdim, çünki ayaqlarım işləmirdi, eyni zamanda, danışa da  bilmirdim.

-Bəs necə müalicə olundun?

-Allaha yalvardım ki, ayaqlarımı mənə qaytar, güc ver yeriyim, dilimi aç danışa bilim. Sənə söz verirəm ki, verdiyin bu nemətlərin qədrini biləcəm. işləyəcəm, heç kəsə möhtac olmayacam. Allah da  istədiklərimi mənə verdi. Sözümü tutdum, ayaqlarım açılandan, dilim söz tutandan işləyirəm. Heç kəsə möhtac olmadım, ev də aldım, maşın da.  Ola bilər ki, namaz qılmayım, amma ürəyim Allahımın yanındadır.

-Tək yaşayırsan, birdən xəstələnəndə soyuqlayanda kim olur yanında?

-Xəstələnəndə yanımda heç kim olmur. Mən Allahdan başqa bu dünyada heç kimə inanmıram, insanlara güvənmirəm. Xəstələnən kimi Mir Möhsüm ağanı ziyarət edirəm. Hələ indiyə kimi həkim yanında olmamışam. Bir dəfə  kor bağırsaqdan əməliyyat elədilər, onu da heç düzgün etməmişdilər.

-Bəs sənə dogma biri yoxdur həyatda?

-Heç vaxt doğma insanım olmayıb. Mənim doğma anam həyatımı qara günə qoyub, məhv etdisə, başqasından nə gözləyə bilərəm? Anamla atamın hərəkətlərindən sonra insanlara inamımı itirmişəm. Bəlkə də məni öldürsəydilər savab iş görərdilər nəinki atıblar.

-Bağışlamırsan?

-Xeyr, heç vaxt bağışlamaram.

-Heç axtarmaq istəmirsən?

- Bir dəfə olmuşdu uşaqlıqda. Həftənin 6-cı, bazar günləri uşaqlar evə gedirdilər. Uşaqlıqdan Allaha inanan olmuşam. Birdən oturub pəncərənin kənarında hönkür- hönkür ağladım. Allaha dedim ki, məsləhətdirsə, atamı mənə göndər. Üstündən iki gün keçdi, müəllim gəldi ki, müdir səni görmək istəyir. Müdirin otağında  bir kişi pəncərənin qabağında durub məni gözləyirdi. Ğözlərində bir peşmanlıq var idi. Hiss etdim ki, o, mənim atamdır. İstədi mənə yaxınlaşsın, ancaq imkan vermədilər. Bir də mən məktəbi bitirəndə müəllimə mənə dedi ki, atan mənə məktub verib. O məktubu oxudum, orada peşmanlıq var idi, yazılmışdı ki, anamın başqa ailəsi var.  Ondan sonra məndə atama qarşı kin qalmadı, ancaq anama qarşı var.

-40 ildə inanmıram istəməyəsən ki,  yanında bir anan olsun, başına sığal çəksin.

-İstəyərdim, niyə istəmirəm ki? Amma çarəm yox idi. Mən istəməklə deyil ki, anasız olmalı idim.

-Bəs kənardan belə bir mənzərə görəndə nə hiss edirsən?

-Onlara qibtə edirəm. Övladlar var ki, analarına o qədər əzab- əziyyət verirlər. Hərdən deyirəm ki, mən çox yaxşı övlad olacaqdım. İndi bəzi övladlara baxıram, anaları hər şey edir onlar üçün, amma bunun qədrini bilmirlər. Təsəvvür belə etmirlər ki, o qayğının həsrətini çəkənlər var mənim kimi. Mən də istəyərdim ki, mənim də ailəm, övladım olsun. Amma həyatımda elə şeylər baş verib ki, istəmirəm, mənim yoldaşım, uşağım, məndən utansın. Ayağa qalxmaq, gündəmdə qalmaq üçün şəxsi həyatımı qurban verdim.

-Döyülmüsən heç?

-Nəinki döyülmüşəm, işgəncələr görmüşəm. Gülürdük, deyirdilər, sən niyə gülürsən, ağlamalısan.Yadımdadır, 9 yaşım var idi, yuxudan durmuşdum, bizim uşaq evi də Bilgəhdə idi, Gülarə Əliyeva bağına gedirdi, yolüstü məni də götürdü, apardı bağına paltarlar, şokolad verdi. Mən də sevinə -sevinə uşaq evinə gətirdim. Başladılar məni danlamağa ki, bunları haradan oğurlamısan?

-Hazırda gedirsən öz böyüdüyün uşaq evinə?

-Hə gedirəm, ora mənim üçün müqəddəs yerdir. Keçmişimi unudan insan deyiləm. Bu günlərdə “Bu şəhərdə”nin konserti oldu. Orada mənimlə bağlı səhnəcik eləmişdilər. Konsertlərin birinə dəvətli idim səhnəyə çıxdım, insanlar məni necə alqışlayırdılar. Bir neçə gün davam edən konsert proqramına sonra zəng edib məni yenə çağırdılar ki, gəl yenə səhnəyə çıx. Qəribə hisslər keçirtdim həmin gün. Ölkənin 1 –ci dərəcəli konsert salonunun səhnəsində gurultulu alqışlar mənə idi. Xəstə doğulub, valideynləri tərəfindən atılıb, işgəncə və təhqirlərlə dolu həyat keçən Samiraldonu aqlışlayırdılar. Maşına oturub dərhal Qızıldaş qəsəbəsinə getdim. Özümə dedim ki, unutma, bu yeri unutma. Axı internat evində məktəb yaşımız bitdikdən sonra bizi Qızıldaş qəsəbəsinə peşə məktəbinə göndərmişdilər. Orada oxuyanda çörək zavodunda da işləyirdim. 10 ilə qədər belə çətin günlər yaşadım Ən ağrılı-acılı günlərim də orda olub.Insanlar kimi bu dünyada günah edən varlıq yoxdur. Çox qəddardırlar. Hərdən deyirəm, ay Allah məni niyə insan yaratdın? Mən həyatda çox gülməliyəm, eyni zamanda da çox ağlamalı. İnsanları həm güldürə, həm də ağlada bilərəm.

-Dedin ki, insanlara inanmırsan, bəs dostluğa necə?

-Dostlarım çoxdur, amma özümə yaxın bildiyim dostlar azdır. Elə insan var ki, onunla  25 ildir dostluq edirəm. O dostlar mənim tariximdir, ürəyimdir. Onları mən kiməsə göstərməyə qorxuram. Elə bilirəm ki, kimsə bilsə, əlimdən alacaqlar, ya da aramızı vuracaqlar. O dostlar heç vaxt mənim keçmişimi üzümə vurmur. Amma elə insanlar da var ki, mənə deyirlər ki, kim olmusan ki, 1 manata gəlib bizim evdə saç kəsirdin. Mən o 1 manata saç kəsdiyim günlərlə fəxr edirəm. 16 yaşım olanda 30 kilo çəkim var idi, bir dənə çörəyə görə  70 kiloluq un daşıyırdım. Görün Allah mənə nə qədər güc verib. Indi  mənə deyirlər , sən bir söz deyirsən pul gəlir..

-Niyə insanlar sənin mənəvi  tərəfini  öyrənmək istəmir? Ancaq səndən nəsə əyləncə gözləyirlər ?

-Saytları nə vaxt açıram, şərhlərdə məni söyürlər. Haqqımda bir dəfə kitab çıxdı. Müəllifə özüm haqqında məlumat vermədim, dedim ki, özün axtar tap. O da faktlarla yazmışdı, birinci yaxşı başlamışdı, sonra isə böhtan dolu idi. Mən də o kitabın böyük təqdimatını etdim, hörmətli adamlar çağırmışdım. Amma kitabı oxumamışdım. Sonra jurnalist Şahin Cavadsoy zəng vurdu ki, sən kitabı oxumusan, xəbərin var nə yazılıb? Baxdım ki , haqqımda böhtan xarakterli, fantastik şeylər yazılıb. Məhkəməyə vermək istəyirdim, amma fikirləşdim təqdimat eləmişəm, özüm qonaqlar çağırmışam, olmaz.

-Özünü şou-biznesin bir üzvü olaraq, qəbul edirsən?

-Xeyr, qəbul etmirəm. Mənə sual verirlər ki, bilinmir, sən qadınsan, ya kişi. Deyirəm ki, nə qadınam nə kişi, nə qadınları sevə bilirəm, nə də kişiləri. Özüm də bilmirəm kiməm. Mənim öz yolum var, şou biznesdə deyiləm. Əvvəllər efirlərə çıxırdım, mənə paxıllıq edirdilər. Bilirdilər ki, reytinqi partladıram. Mane olanlarım çox idi. Elə olurdu ki, gəlirdim efirə məni buraxmırdılar. Açığı iş kariyeramın aşağı düşməyində tv kanalların da rolu az deyil.

-İnstaqramda nə qədər izləyicin var?

- Hazırda iki yüz on min izləyicim var. Məni orta nəsil sevmir, daha çox uşaqlar, qadınlar, nənələr, babalar sevir.

Simsar.az






9 Dekabr, 2016  15:33 Baxılıb: 4824 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55