Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir.
Simsar.az xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar ucuzlaşaraq 49,77 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar azalaraq 53 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar ucuzlaşaraq 54,47 dollar təşkil edib.