Hacı Şahin: “Belə xəbərləri yayanlar dini xurafat kimi təqdim etmək istəyənlərdi”
Dünəndən etibarən ölkənin bəzi saytları bir neçə aydan sonra dünyada qiyamət günü olacağı ilə iddiası ilə çıxış edib. Saytlar Yevangelistlər qrupunun açıqlamasından çıxış edərək, yazırlar:
21 may 2011, saat 18.00-da dünyanı böyük zəlzələlər cənginə alacaq və qiyamət başlayacaq. Proses 5 ay davam edəcək, dünyanın sonu 21 oktyabr 2011-də olacaq.
Bir neçə gün öncə “CNN”ə müsahibəsində qrupun lideri, 89 yaşlı Harold Kampinq “Tarix dəqiqdir, çünki İncildə də bu barədə işarələr var və müqəddəs kitab yalan yazmaz” deyib. Kempinqin sözlərinə görə, o, müqəddəs kitab olan İncildə gizli olan gələcəyi xəbər vermə yollarını riyazi üsullarla açıb.
Onun hesablamalarına görə, bu il mayın 21-də İsa peyğəmbərin çarmıxa çəkilməsindən 722500 gün ötəcək. Keşişin iddiasına görə 722500 önəmli rəqəmdir. Çünki o 3 müqəddəs rəqəmin (5,10,17) birinin digərinə 2 dəfə vurulmasından alınır.
Belə iddiaların ortaya çıxması təbii ki, insanlar arasında narahatlıq yaradır. Bu, həm də Allahın işinə qarışmaq mənası verir.
Simsar.az saytı narahatliğa əsas olmadığından çıxış edərək deyilənlərə Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənlidən münasibət öyrənib. O deyib: “Qiyamət gününün riyazi hesablamalarla təyin olunması absurddur. Birmənalı olaraq qiyamət gününün vaxtı yalnız Allaha məlumdur. Belə xəbərlər idarə olunan məlumatlardır. Onların arxasında dini xurafat kimi təqdim etmək dayanır. Bildiyinzi kimi, belə məlunmatlar dəfələrlə yalan çıxıb. İstəyirlər ki, insanlarda dinə inamsızlıq yaransın. Belə niyyətlər heç vaxt uğur qazana bilməz”.
Anar