Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Şou

KİM MODEL OLMAQ İSTƏYİRSƏ...

Televiziyada yeni müsabiqə

Durğunluq dövrünü yaşayan Azərbaycanın moda aləmində sükut pozulacaq. Belə ki, iyun ayında televiziya məkanında çox fərqli "Azəri Top Model" adlı moda tele-şousu öz nümayişinə başlayacaq. Layihənin ideya müəllifi və aparıcısı olacaq Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyev müsabiqənin detalları barədə ilk olaraq Trend oxucularını məlumatlandırdı.

Simsar.az saytının məlumatına görə, "Azəri Top Model" müsabiqəsi Lider TV-nin efirində keçiriləcək. Müsabiqədə iştirak etmək arzusunda olan gözəl xanımlar artıq öz müraciətlərini edə bilərlər. Layihə 3 ay boyunca davam edəcək. Canlı efirdə baş tutacaq moda dəfilələri, fotosessiyalar və rəngarəng müsabiqələr tamaşaçıların fərqli bir moda tele-şousunu izləmələrinə şərait yaradacaq. Hazırlıqlar son mərhələdədir. Sənəd qəbulu bir həftə davam edəcək. Seçim turları iki mərhələdən ibarət olacaq. İştirakçılar moda sahəsinin çox tanınmış simaları tərəfindən seçiləcək. "Azəri Top Model"in qalibini isə tamaşaçıların göndərəcəyi SMS-lər müəyyənləşdirəcək. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycanın milli mentalitetinin qorunması müsabiqənin əsas məğzini təşkil edəcək. Yəni mübarizə aparacaq xanımlar çimərlik geyimləri və açıq-saçıq geyimlərdə podiuma çıxmayacaqlar", - Firdovsi Atakişiyev dedi.

Müniflər heyətinin tərkibi haqqında hələlik məlumat vermək istəməyən ideya müəllifi hansı bədən ölçülü xanımların müraciət edə biləcəkləri barədə bunları dedi. "Boyu 165 sm-dən aşağı olmayan, 18-26 yaş arasında olan yaraşıqlı xanımlar sənədlərini təqdim edə bilərlər. Milli ruhlu, adət-ənənələrimizi özündə əks etdirəcək müsabiqədə gözəl xanımların yarışmasına çalışacağıq. "Azəri Top Model"i digər dövlətlərdə keçirilən bu tip müsabiqələrdən fərqləndirəcək əsas fərq o olacaq ki, bizim xanımlarımız çox gözəldir. Əgər Nigar Camalın timsalında Avropanın ən mötəbər musiqi yarışmasında birincilik qazandıqsa, nəyə görə başqa gözəl xanımlarımız top model olaraq Paris, Milan, Nyu-York kimi böyük şəhərlərdə keçirilən dünya səviyyəli moda müsabiqələrində çıxış etməməlidirlər? Məlum olduğu kimi, Rusiya və Ukraynanın gözəl xanımlarının əksəriyyətinin adları hazırda dünyanın ən yaxşı modelləri kimi çəkilməkdədir. İnanırıq ki, Azərbaycanda da elə xanımlar var ki, onların dünya podiumlarına çıxmalarına tam haqları var. Bu məqsədlə belə bir müsabiqəni ərsəyə gətirməkdə qərarlıyıq. İdeya mənim olsa da, layihə boyunca mənəvi dayağım Azərbaycanın peşəkar modelyeri, öz adını brendə çevirməyə müvəffəq olmuş əməkdar incəsənət xadimi Fəxriyyə xanım Xələfova olacaq", - Atakişiyev əlavə etdi.

"Azəri Top Model" müsabiqəsinin seçim turuna qatılmaq arzusunda olan xanımlar 050 326 28 29 və 050 799 10 45 saylı telefon nömrələrinə zəng vurmaqla, daha ətraflı informasiya əldə edə bilərlər.

Anar






20 May, 2011  18:37 Baxılıb: 10445 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16