«Müxalifət ümid etməsin ki, indiki vəziyyətdə tərəfdaşları prezidentdən üz döndərəcəklər»
Şahmat üzrə keçmiş dünya çempionu, tanınmış ictimai xadim Harri Kasparov "Turan"a müsahibəsində Putinin növbəti prezident seçkilərində iştirakından və Rusiyanın avtoritar rejimi üçün zamanın ağır olmasından danışıb.
Kasparov əminliklə bildirib ki, dünya böyük dəyişikliklər qaçılmazdır: “20-ci əsrin ən yaramaz irsi – diktator rejimləri – bu gün, 21-ci əsrin əvvəllərində dağılmağa başlayıblar. Dünya quruluşu dəyişəcək, yeni formalar oturuşmuş köhnə qaydaları əvəz edəcək. Ərəb dünyasında baş verənlər bunu bir daha göstərdi”.
Harri Kasparov (Vaynşteyn) 1963-cü il aprelin 13-də Bakıda anadan olub. 2005-ci ildə Kasparov şahmat karyerasının başa çatdığını və siyasətə keçdiyini bəyan edib. Hazırda o, Rusiyanın görkəmli müxalifətçilərindən biridir: Birləşmiş Vətəndaş Cəbhəsinin sədri, Ümumrusiya Vətəndaş Konqresinin həmsədrlərindən biridir. 2008-ci ildə “Həmrəylik” Birləşmiş Demokratik Hərəkatın yaradıcılarından biridir.
RAMIN