Xanım müğənninin iddiası qəbul edilmədi
Bakı Şəhər Apellyasiya Məhkəməsi xalq artisti Flora Kərimovanın xalq artisti Faiq Ağayevə qarşı iddiasını təmin etməyib. F.Ağayevin mətbuat xidmətindən verilən məlumatına görə, bu gün hakim Cəlal Ramazanovun sədrliyilə Apellyasiya Məhkəməsində keçirilən iclasda F.Kərimovanın Yasamal Rayon Məhkəməsinin 13.01.2011-ci il tarixli qərarından veriyi apellyasiya şikayətinə baxılıb.
Hakim Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsi Flora Kərimovanın xüsusi ittiham qaydasında Faiq Ağayeva qarşı qaldırdığı cinayət işi üzrə bu ilin yanvarın 13-də baxıb.
Məhkəmənin qəbul etdiyi qərara əsasən, 147.2 maddəsi (təhqir) üzrə ittiham olunan Faiq Ağayevə bəraət verilib.
148-ci maddəyə (böhtan) görə isə cinayət təqibinin müddəti keçdiyi üçün işə xitam verilib.
RAMİN