|
REKTOR DEPUTATLARIN SÖVDƏLƏŞMƏSİ BAŞ TUTMADI
Milli Məclis dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlarən yuxarı yaş həddi kimi 65-i götürdü
Milli Məclis axşam iclasında Əmək Məcəlləsinə və “Dövlət Qulluğu haqqında “qanuna təklif edilən əlavə və dəyişiklikəri qəbul edib. Bununla da parlament səsverməsi ilə Əmək Məcəlləsinə 10-1-ci maddə əlavə edilir. Bu maddədə göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanlarən yuxarı yaş həddi 65-dir.
Bununla belə, maddənin digər bəndində qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş işçinin çalışma müddəti isə nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Milli Məclisdə müzakirə zamanı bir sıra ali məktəblərin rektoru olan deputatlar bu dəyişiklikərdən narazılıq ifadə ediblər.
Tibb Universitetin rektoru Əhliman Əmiraslanov çıxışı zamanı qeyd edib ki, müzakirəyə çıxarılan sənədlər Azərbaycanda kadr məsələsinin möhkəmlənməsində böyük rol oynaya bilər. “Lakin burada söhbət əsasən yaş həddindən gedirsə, bu, təhsil müəssisələrində 40 faiz işçinin ixtisara düşməsi deməkdir. Bununla da biz nə iş görə biləcəyik?”-deyərək bu məsələyə yenidən baxılmasını təkilf edib.
İqtisad Unvesitetinin rektoru Şəmsəddin Hacıyev bildirb ki, rəhbərlik etdiyi ali təhsil ocağında yaşı 70-dən yuxarı olan 170 professor, elmlər namizədi fəaliyyət göstərir. “Ümumilikə bizdə 900 müəllim professor heyəti var. Unversitetlərin Elmi şuralarının tərkibinin 70 faizini yaşı 65-dən yuxarı olanlardır. Əgər bu dəyişikliyi qəbul etsək, Elmi şuaralar iflic vəziyyətə düşəcək”-deyə Ş.Hacıyev bildirib.
Memarlıq və İnşaat Unversitetini rektoru Gülçöhrə Məmədova dəyişikliklrin əleyhinə çıxaraq rektorları müdafiə edib.
Bakı Dövlət Unversitetnin rektoru Abel Məhərrmov qeyd edib ki, dəyişiklik qəbul olunsa, bu orta və ali təhsil müəsəslərində 40 -50 min arası təhsil işçilərinə şamil oluna bilər. “Ali və orta məktəblərimiz hansı günə düşə bilər?”-deyə akademik təkliflərin əleyhinə çıxıb. A.Məhərrəmov bildirib ki, onları indi uzaqlaşdırmaq real deyil. “Problem yarana bilər. Məncə, beş-on ildən sonra bu məslə həll oluna bilər. Azərbaycanda cəmi 1800 professor var. Belə çıxır ki, 1000 nəfər getməlidir. Bu necə olacaq? Mən hesab edirəm yaş həddi 65-70 yaş həddi kimi nəzərdə tutlmalıdır. Kvota beş faiz artırılsın”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə dəyişiklikəri dəstəkləyib. “Buradakı çıxışlar mənə Atatürkün parlamentdə islahatlarla bağlı çıxışını xatırlatdı. O zaman da ona islahatlarda tələsməməyi məsləhət görənlər var idi. Azrbaycanda islahatlar aparılır. Və bu islahatlar inqilabi sürətlə aparılır. Belə çıxır ki, bu 20 il ərzində biz ortaya heç bir kadr qoya bilməmişik?”-deyə Novruzov yaşla bağlı qanuna dəqişikliyin əleyhinə çıxışlara münasibətini açıqlayıb. Deputat qeyd edib ki, bu gün ali məktəblərdə dərs deyən, Elmi şuaraların üzvləri olan yaşlı professor heyəti öz elmi işlərini sovet dönəmində müdafiə ediblər.
Spiker Oqtay Əsədov da dəyişikliyi dəstəkəyib. “Bu necədir? Həm deyirsiniz qanun yaxşıdır, həm də əleyhinə çıxırsınız? Xaricdə oxuyan tələbələrin 60-70 faizinin qayıdandan sonra iş məsələsi ilə bağlı problem olur. Bu dəyişiklik vacibdir”-deyə spiker vurğulayıb.
Ali məktəb rektorlarndan yalnız Dillər Unversitetinin rektoru Səməd Seyidov qanunu dəstəkləyib.
Beləliklə parlament "rektor qiyamı"na baxmayaraq qanuna dəyişikliyi qəbul edib.
17 May, 2011 22:23 ⁄ Baxılıb: 1308 ⁄ Çap
Bu bölmədə
|
|
|