ADLARA “SVETOFOR” PRİNSİPİ TƏTBİQ OLUNACAQ
Nazirlər Kabineti mətbuat xidmətindən Simsar.az saytına daxil olan məlumata görə, azərbaycanlıların adı, soyad və ata adının dəyişdirilməsi qaydaları artıq müəyyənləşib.
Bu qaydalara əsasən uşağın maraqlarına zərbə olan – cinsiyyətinə uyğun gəlməyən, məzəli təsir bağışlayan adların ona verilməsi qadağan edilir.
18 yaşı tamam olan hər bir şəxs adının və soyadının dəyişdiirilməsi üçün müvafiq orqana müraciət edə bilər. 18 yaşı tamam olmayanların adından isə valideynləri və qanuni nümayəndələri danışa bilər.
Azərbaycanda yeni doğulmuş uşaqların adlandırılması qaydası “svetofor” prinsipi ilə müəyyənləşdiriləcək. Bu sistemə görə, Azərbaycanın milli, mənəvi və ideoloji dəyərlərinə uyğun olan adlar “yaşıl siyahı”ya daxil olunacaq. Və belə adların götürülməsində heç bir məhdudiyyət olmayacaq.
Adların ikinci kataqoriyası “sarı siyahı”ya daxil olunacaq. Siyahıda arzuolunmaz, gülüş hədəfinə çevrilən, başqa dillərdə səslənməsi xoşagəlməyən adlar yer alacaq.
"Qırmızı siyahısı" daxil olacaq adların isə istifadəsi qadağan olunacaq. Bu kateqoriyaya Azərbaycan xalqına qarşı aqressiya törətmiş insanların adları və dilimizdə təhqir mənasında işlədilən adlar daxil ediləcək.
Anar