Azərbaycanın nüfuzlu sənətçiləri “Eurovison” 2011 mahnı müsabiqəsində ölkəmizin birincilik əldə etməsilə bağlı təəssüratlarını Simsar.az la bölüşür.
Xalq artisti Faiq Ağayev: “Bu 60 milyon Azərbaycanlıların zəfəridir”
- Təəssüratım çox möhtəşəmdi, haqqımız olan qələbə idi. “Eurovision”dakı 4 illik strategiyamızın məntiqli nəticəsidir. Bu qələbə bizim həmin mahnı müsabiqəsinə göndərdiyimiz uğurlu mahnıya görədir. Bu qələbə həm də Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Naizrliyinin, Heydər Əliyev Fondunun və prezidentimizin mədəniyyətə qayğısınını nəticəsidir. Bu 60 milyon Azərbaycanlıların zəfəridir. Gələn paytaxımızda bu möhtəşəm mahnı müsabiqəsinin keçirilməsi də çox sevindiricidir. Bakıda dəfələrlə dünya miqyaslı idman yarışları keçirilib. Rusiya bu müsabiqəyə ev sahibliyi edəndə, deyirdilər ki, hər çey yüksək səviyyədə idi. Biz Rusiyadan da səviyyəli təşkil edə bilərik. Düşünürəm ki, bu müsabiqəni keçirməyə həm potensialımız, həm də imkanlarımız var.
Xalq artisti İlhamə Quliyeva: “Çox istərdim ki, gələn “Eurovision” da Azərbaycan bəstəkarının mahnısı ifa olsun, həm də öz dilimizdə”
- Böyük qalibiyyətdi. Azərbaycanı dünyaya bir daha tanıtdıq. Tanımayanlar da tanıdılar. Bu dövlət başçısının musiqiyə, mədəniyyətə və gənclərə qayğısının nəticəsidir. Ermənilər isə heç finala düşə bilmədilər. Köksüz, yersiz bu millət bir daha məğlub oldu. Hissiyatım mənə ilk gündən deyirdi ki, ki, Azərbaycan qalib gələcək. Ancaq bununla belə bir sıra iradlarım da var. Məsələn, geyimlərində bizə məxsus milli ştrixlər olsa, çox yaxşı olar. Çox istərdim ki, gələn “Eurovision” da Azərbaycan bəstəkarının mahnısı ifa olsun, həm də öz dilimizdə.
Müğənni Coşqun Viləş: “Bizim ifaçılar səhnəyə Türkiyə bayrağı ilə çıxmaqla qardaş ölkənin yarışmada iştirak etməyini onlara hiss etdirmədilər”
- Bu qələbə xəbəri çox sevindirici bir xəbər idi. Gələn il avropalılar da Bakıya gələcək, ölkəmizilə, mədəniyyətimizlə çox yaxından tanış olacaqlar. Bu baxımdan da çox əladı. Bizim ifaçıların Türkiyə bayrağı ilə səhnəyə çıxmasını isə çox müsbət hal kimi dəyərləndirərdim. Ona görə ki, biz bir millət, iki dövlətik. Həmçinin Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan hansı ökləyə gedirsə, mütləq Azərbaycan haqqında məlumat verir. Bizim ifaçılar bu jestləriylə Türkiyəyə o yarışmada iştirak etmədiklərini hiss etdirmədilər.
Aynurə Həsənova