AHİK sədri həmkarlar komitələrinə tapşırıq verdi
Bu gün Azərbyacan Həmkarlar İttiffaqları Konfedrasiyasının (AHİK) sədri, deputat Səttar Mehbalıyev ali təhsil ocaqlarında fəaliyyət göstərən tələbə həmkarları komitələrinin rəhbərləri və fəal gənclərlə görüşüb.
Konfedrasiyada baş tutat görüşdə tələbələrin sosial durumu, təhsilləri, üzləşdikləri problemlər barədə S.Mehbalıyevə ətraflı məlumat verilib.
Simsar.az-ın məlumatına görə, Həmkarlar İttiffaqları Konfedrasiyasının sədri tələbələrin sosial durumunn yaxşılaşdırılması məqsədi ilə önəmli təklif irəli sürüb. Sədr bildirib ki, rəhbərlik etdiyi qurum bundan sonra imkansız tələbələrin 30 faiz təhsil haqqlarlnı ödəməyi öhdəsinə götürür. Təklif hamı tərəfindən dəstəklənib.
S.Mehbalıyev komitə rəhbərlərinə hər ali təhsil ocağı üzrə 6-10 imkansız tələbənin müəyyənləşdirilməsi tapşırığı da verib.
Yaxın vaxtlarda həmin tələbələrin adı AHİK-ə təqdim olunacaq.
Anar İsaoğlu