Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Şou

AZƏRBAYCAN 1-Cİ YERƏ ÇIXDI

“Eurovision-2011”in qalibi Eldar və Nigar cütlüyü oldu!

Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision-2011” Beynəlxalq Mahnı Müsabiqəsinin final şousu ölkəmizin qələbəsi ilə başa çatıb. 

Simsar.az-ın məlumatına görə, şounu tamaşaçılara Almaniyanın 3 ən məşhur aparıcısı təqdim edib. 

Final şousunun əvvəlində aparıcılardan biri özünü müğənni kimi sınayıb. Aparıcılar ötən ilin qalibi Lena Mayerin ifa etdiyi mahnını maraqlı üslubda təqdim ediblər. İfanın sonuna yaxın Mayer özü də aparıcılara qoşulub. Sonra səsverməyə start verilib.

Müsabiqəni 35 min tamaşaçı izləyib.

Qeyd edək ki, müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də “Eurovision”un “böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finalda qoşulub.

İlk olaraq səhnəyə finlandiyalı müğənni Paradis Oskar çıxıb. Ölkəsinin qələbə qazanacağına böyük ümid bəslədiyi iştirakçı "Da da dam"-la tamaşaçıları hərəkətə gətirib. O, ilk iştirakçı olsa da, qətiyyən həyəcanlı görünməyib.

Daha sonra Bosniya və Hersoqovinadan olan Dino Merlin və onun komandası "Love in Rewind" mahnısını oxuyan zaman auditoriya iştirakçıları alqışlarla müşayiət edib.

Danimarkanın "A Friend in London" 3-cü sırada çıxış edib. Onların oxuduğu mahnı "New Tomorrow" adlanırdı. Növbəti ifa litvali Evelina Saşenkonun olub, "Cest Ma Vie", azərbaycanca tərcümədə “Bu mənim həyatımdır” mənasını verən ifada müğənni səhnə hərəkətləri və super vokal ilə əməlli-başlı rəğbət qazanıb.

Favoritlərdən sayılan Macarıstan müğənnisi Katya Volfun oxuduğu "What About My Dreams" mahnısı, qısa-mavi səhnə geyimi və çılğın çıxışı bir-birini tamamlayıb. Müğənni ifası və görkəmi ilə Selin Dionu xatırladıb.

İrlandiyalı əkiz qardaşlar dodaq boyasından bəhs edən mahnını (“Lipstick") rəngli səhnə şousu ilə birlikdə təqdim edib.

Sıralamanı İsveç iştirakçısı Erik Saade ("Popular”), Estoniyalı Qeter Yanı "Rockefeller Street" mahnısı ilə davam etdirib.

Yunanıstan təmsilçisinin çıxışı, səhnə şousu, mahnısı müsabiqənin ən maraqlı sürprizlərindən idi. Lukas Yorkas adlı bu ifaçı “Watch My Dance” mahnısını oxuyub. Xalq musiqisi və repin sintezi alqışla qarşılanıb.

Rusiyanın parlaq ulduzuna çevrilən Aleksey Vorobyev "Get You” mahnısı ilə səhnənin 10-cu ifa nümayiş etdirən iştirakçısı olub.

Daha sonra böyük beşliyin nümayəndələrindən biri - fransalı Amori Vassili "Sognu" ("Arzu") adlanan klassik mahnını ifa edib.

İlk beşliyin ikinci nümayəndəsi İtaliya Fransadan sonra səhnə alıb. Rafael Qualaddinin oxuduğu caz kompozisiya belə adlanıb - “Madness of Love”.

İsveçrənın müğənnisi Anna Rossinelli oxuduğu “In love for a while” mahnısı ilə həm qulağa, həm də gözə xitab edib.

Sıra “Eurovision”un ən populyar ulduzu Böyük Britaniyanın “Blue” qrupuna çatıb. “Ay can” mahnısı ilə dünya ulduzları tamaşaçıları coşdurub.

Artıq bir dəfə “Eurovision-2005” mahnı müsabiqəsində çıxış edən təcrübəli Moldova musiqiçiləri Zdob si Zdub qrupu “So Lucky” mahnısı ilə performans nümayiş etdiriblər. Yeri gəlmişkən, onlar promo-tur çərçivəsində Bakıda olublar.

16-ci sırada ev sahibi Almaniyanın iştirakçısı, ötən ilki müsabiqə qalibi Lena Mayer çıxış edib. "Taken By A Stranger" ötən ilki mahnı ilə müqayisədə zəif olub. Mətbuatdakı xəbərlərə görə, Almaniya bu il ev sahibliyinə başı qarışdığı üçün yenidən Lenanı göndərməli olub.

Yarışmanın zəif iştirakçılarından olan Rumıniyanın “Hotel FM” qrupu “” mahnısıyla Lenadan sonra səhnə alıb. Avstriyanın güclü səsi Nadin Beyler də müsabiqənin güclü ifaçısı kimi yadda qalıb. “The Secret Is Love”- bu onun oxuduğu mahnının adı idi.

Nəhayət növbə bizim iştirakçılarımıza çatıb. Eldar Qasımov və Nigar Camal “Running Scared” dueti ilə 19-cu sırada çıxış ediblər. Duetimiz həyəcanlı olsalar da, həyəcanlı eşq səhnəsi nümayiş etdiriblər.

Sonuncu dəfə 2008-ci ildə uğurlu çıxış nümayiş etdirən Sloveniya bu il Maye Keuç adlı iddialı müğənni ilə mübarizəyə qoşulub. Bukmeykerlər onun oxuduğu “No One” mahnısını ilk beşlikdə görürlər.

İslandiyanın "Sigurjuns Friends" “Aftur Heim” 21-ci ifa ilə sıralamanı davam etdirib. Qeyd edək ki, qrup üzvləri dünyasını dəyişən dostlarının şərəfinə qrupa bu adı veriblər.

Müsabiqəyə biganə yanaşıldığı iddia olunan İspaniya Lyusiya Perez adlı ifaçı ilə "Que me quiten lo bailao" adlanan dinamik mahnı ifa edib.

Promo-tur çərçivəsində Bakının qonağı olan ukraynalı Mika Nyuton gözəlliyi və ifası ilə tamaşaçıları valeh edib. Ukraynanın məşhur rəssamı ilə səhnə bölüşən müğənni “Angel”
mahnısı ilə orijinal şou nümayiş etdirib.

Serbiyalı Nina “Caroban”la sondan ikinci çıxış edib. Müsabiqənin sonuncu ifaçısı Gürcüstan qrupu “Eldrine" qrupuolub. “One More Day” Düsseldorf səhnəsində axırıncı oxunan mahnı kimi yadda qalıb.

Daha sonra nəticələr elan olunub. İlk onluğa aşağıdakı ölkələr düşüb:

Azərbaycan
İsveç
İtaliya
Ukrayna
Danimarka
Bosniya və Hesoqovina
Yunanıstan
İrlandiya
Gürcüstan
Almaniya

Qeyd edək ki, müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşib. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər.

Səsvermədə həm tamaşaçılar, həm də münsiflər iştirak edib. Eyni zamanda, bu il səsvermə həm də teleqraf əsasında keçirilib. Bu səsvermə sistemi müsabiqədə yeniliyi olub.

Tamaşaçılarla yanaşı, səsvermədə peşəkar münsiflər heyəti (hər bir ölkədən musiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanıb. Beləliklə, ümumi xal əldə olunub və ölkələrə verilib.

“Eurovision” mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur.






15 May, 2011  07:20 Baxılıb: 3752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16