Hakim partiya Fridrix Naumann Fonduna "siyasi etiket çərçivəsinə sığmır"-deyə etiraz etdi
Hakim Yeni Azərbaycan Partiysı Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun Bakı ofisinə etiraz ünvanlayıb. Simsar.az xəbər portalıın partiyanın internet saytına istinadən verdiyi məlumata görə, Fondun Bakı ofisinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan ”Avropanın gələcəyi” mövzusunda beynəlxalq konfransının yayılmış proqramında sabiq millət vəkili Nazim Məmmədov Yeni Azərbaycan Partiyasının mövqeyi nəzərə alınmadan, partiyanın adından məruzəçi kimi təqdim edilib.
Yeni Azərbaycan Partiyası adıçəkilən fondun Bakı ofisinin siyasi etiket çərçivəsinə sığmayan bu hərəkətinə kəskin etiraz edərək bildirir ki, Nazim Məmmədov YAP-ın üzvü olmasına baxmayaraq, ona adıçəkilən konfransda Yeni Azərbaycan Partiyasını təmsil etmək səlahiyyəti verilməyib.