Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİ RƏSMİ BAKINI TƏƏCCÜBLƏNDİRDİ - REAKSİYA

Qətnamə: “...dərin narahatlıq keçiririk”

Elxan Poluxov: qətnamə birtərəfli və qərəzli xarakter daşımaqla yanaşı, hədsiz siyasətləşdirilib”


Avropa Parlamenti (AP) Azərbaycanı tənqid edən qətnaməni qəbul edib. Mayın 12-i Strasburqda qəbul edilən sənəddə AP Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyir, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrinin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən “dərin narahatlıq” keçirdiyini bildirir.

Simsar.az-ın məlumatına görə, AP höküməti mitinqlərdə həbs olunan etirazçıları və müxtəlif maddələrlə həbsxanaya düşən jurnalistləri azad etməyə çağırır.


Artıq rəsmi Bakı AP-nın bəyanatına reaksiya mümayiş etdirib.

“Azərbaycanda sürətlə aparılan və demokratiyanın inkişafına yönəlmiş islahatlar fonunda Avropa Parlamenti tərəfindən belə bir qətnamənin qəbul edilməsi ən azı təəccüb hissləri doğurur və belə bir qətnamənin qəbul edilməsinin səbəbləri çoxsaylı suallar yaradır.
Bu fikirləri Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bəyanatı şərh edərəkən deyib.

Qətnamədə qaldırılan məsələlərə toxunan E.Poluxov bildirib ki, qətnamə birtərəfli və qərəzli xarakter daşımaqla yanaşı, hədsiz siyasətləşdirilib, əksər məsələlər yoxlanılmayıb və yalnış məlumatlar əsasında tərtib olunub, mövcud reallığı əks etdirmir:

“Bir ölkədə son bir neçə il ərzində artıq ənənəyə çevrilmiş yerli kütləvi informasiya vasitələrinə, o cümlədən müxalifətyönlü KİV-ə dövlət tərəfindən verilən maddi dəstək, borcların silinməsi və qranların ayrılması prosesi təşkil olunduğu halda, guya, söz azadlığına maneələr törədilməsi kimi ittihamlar məntiqsiz və qərəzli görünür. Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət qonşu ölkələrlə müqayisədə daha yaxşı olduğu halda, məhz ölkəmizlə bağlı belə qətnamənin qəbul edilməsi münasibətlərin səviyyəsinə uyğun deyil və Azərbaycanla Avropa Parlamenti arasındakı münasibətlərə ciddi xələl gətirə bilər”.

Anar İsaoğlu






13 May, 2011  20:49 Baxılıb: 1693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16