Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyev yeni vəzifəyə təyinat alıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Ə. Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ə. Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.