Spiker keçmiş sistemdən birdəfəlik imtinanın əleyhinə danışdı
Milli Məclisin bugünkü iclasında deputatlar Qüdrət Həsənquliyev və Azay Quliyev Azərbaycan təhsilində çatışmazlıqlardan danışıblar.
Q.Həsənquliyev deyib: “Gəlin yoxlayaq görək neçə faiz tələbə repetitorsuz ali məktəblərə qəbul olunur? Bütün orta məktəb şagirdləri repetitor yanına gedir və nəticədə ali məktəblərə qəbul imtahanlarında riyaziyyat və digər fənlərlə bağlı suallara cavab verə bilmirlər. Çünki çalışırlar ki, yalnız imtahan verdikləri fənləri öyrənsinlər”.
A.Quliyev isə dərsliklərdəki məzmun və materialların həcminin düzgün müəyyənləşdirilmədiyini bildirib.
Təhsildəki qüsurlarla bağlı fikirlərə spiker Oqtay Əsədov belə reaksiya verib: “Biz sovet təhsil sistemindən birdəfəlik imtina eləmişik. Lakin o sistemdə çox gözəl müsbət məsələlər var idi. Yeni qanun layihələrində mütləq bu məsələlərə baxmaq lazımdır”.
Ramil