“Təhsil haqqının artırılmasını təklif etməmişəm”
Ali məktəblərdə dövlət sektorunda oxuyanların təhsil haqlarının artırılması yox, dövlət sifarişi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac var.
Simsar.az-ın verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov söyləyib. O bildirib ki, bu barədə mətbuata öncə verdiyi açıqlama səhv anlaşılıb: “Mən dövlət sektorundakı tələbələrin təhsil haqlarının artırılması deyil, dövlətin bu sahəyə daha çox vəsait ayırmasını təklif etmişəm”.
Təhsil naziri Mİsir Mərdanovun 29.04.11 tarixdəki açıqlaması: "2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırıla bilər. Bu artımın nə qədər olacağını hələlik bilinmir. Amma dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdır. Ümid edirəm ki, Maliyyə Nazirliyi tərəfindən məhz bu məsələ nəzərə alınacaq".