Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Şou

TANINMIŞ SƏNƏTÇİLƏR YAP-I SEÇDİ

Coşqun Viləş: “Aərbaycan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində mədəniyyətimiz dünya arenasında hadisə yarada bilib”

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə Naftalan şəhərində “Azərbaycan gəncliyi və müasirlik” mövzusunda konfrans keçirilib. Konfransda prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə “Dövlət Proqramı haqqında sərəncamından irəli gələn məsələlər müzakirə olunub. Hakim Partiyada təmsil olunan gənclər cəmiyyətin inkişafında sağlam təkliflərin ölkə rəhbərliyi tərəfindən daim dəstəkləndiyini diqqətə çatdırıb.

Tədbirdə bir sıra tanınmış sənətçilər də iştirak edib. Onlar Azərbaycan prezidentinin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər və YAP-a üzv olmaq istədiklərini bəyan ediblər.

Müğənnilər Coşqun Viləş, Nətavan Həbibi, Elçin Şipşirin, Elton Hüseynəliyev, bəstəkar Nazim, aşıq Samirə, aktyor Tərlan Nur Yaşara hakim partiyanın vəsiqələrini Yapın icraçı katibi, millet vəkili Əli Əhmədov və Milli Məclisin sədr müavini Bahar Muradova təqdim edib.

Çoşqun Viləş gənc sənətçilər adından çıxış edərək bildirib ki, onlar ölkə rəhbərliyinin fəaliyyətindən olduqca razıdırlar: “Təbii ki, mən daha çox mədəniyyət sahəsində görülən işlərdən danışa bilərəm. Əslində bu barədə danışmağa ehtiyac yoxdu. Hər şey göz qabağındadır. Aərbaycan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində mədəniyyətimiz dünya arenasında hadisə yarada bilib. Biz buna sevinirik və mədəniyyətimizin möhtəşəmliyi ilə fəxr edirik”.

Aylin






1 May, 2011  00:17 Baxılıb: 1740 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16