Düşmən başından vuruldu
Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri dünən növbəti dəfə Xocavənd rayonu istiqamətində atəşkəs rejimini pozublar.
Simsar.az -ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində bir erməni hərbçisi öldürülüb. Ermənistan mətbuatı başından aldığı güllə yarasından dünyasını dəyişən hərbçinin 1992-ci il təvəllüdlü Baxşiyan Vazgen Karlenoviç olduğunu yazır. Yaralı hospitala aparılsa da, yolda keçinib.