Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

BU YAY DA İSTİRAHT QİYMƏTLƏRİ OD TUTUB YANACAQ

Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev: “Turizm şirkətləri özəl sektordur. Dövlət onların işinə müdaxilə edə bilməz”

“Dubayda istirahət qiymətlərinin Azərbaycandakından aşağı olması təəccüblü deyil. 800 min əhalisi olan Dubayda 1500-dən artıq otel var. Azərbaycanda isə otellərin sayı 500-ü keçmir. Bu mənada bizdə qiymətlərin nisbətən baha olması başa düşüləndir”.

Bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri Aydın İsmiyev Simsar.az-ın əməkdaşının Azərbaycanda turizm obyektleərindəki qiymətlərin başqa ölkələrlə müqayisədə baha olması ilə bağlı sualına cavab olaraq bildirib.

A.İsmiyevin sözlərinə görə, Azərbaycandakı turizm qiymətləri dəfələrlə müzakirə olunub: “Turizm şirkətləri özəl sektordur. Dövlət onların işinə müdaxilə edə bilməz. Dövlət çalışır ki, bu sahədə rəqabət mühiti yaratsın. Otellətin sayı nə qədər çox olsa, rəqabət də artar, qiymətlər də aşağı düşər. Turizm Azərbaycanda yeni sahədir. Dubay dünyada turizm şəhəri kimi tanınır. Burada əsasən turizm sahəsi inkişaf edib. Türkiyənin özündə 1963-cü ildən turizmin inkişafı ilə bağlı iş aparılır. Yəni turizmin inkişafı üçün vaxt lazımdır. Dövlət bu sahədə sahibkarlara, iş adamlarına dəstək verir ki, işlərini sürətləndirsinlər, yeni-yeni otellər tiksinlər və s”.

A.İsmiyev bildirib ki, turizm ilində istirahət mərkəzlərilə bağlı hər hansı güzəştlərin tətbiq edilməsi gözlənilmir.

Qiymətlərin qalxmasında dövlət qurumlarının, məmurların bu sahəyə müdaxiləsinin roluna gəldikdə isə A.İsmiyev qeyd edib ki, o, bu barədə hər hansı məlumata malik deyil: “Şəxsən mən eşitməmişəm ki, bu günə qədər hansısa məmur otel sahiblərinin işinə müdaxilə etsin”.

“Azərbaycandan Türkiyəyə turist səfərlərinin qiymətlərində 120 faiz bahalaşma var. Bunu 20 faizi ərəb ölkələrində baş verənlərlə bağlıdır. 100 faizi isə Azərbaycan Hava Yollarında gedişhaqqının qalxmaasıdır. “Azal”ın qiymətləri bu qədər qaldırmasının səbəblərilə
maraqlanmısınızmı” sualına cavab olaraq şöbə müdiri billdirib ki, həqiqətən də ərəb ölkələrində baş verənlər turizmin qiymətlərinı təsir göstərib: “Avropa ölkələri, Rusiya turizm istiqamətlərini Türkiyəyə yönəldiblər. Bu mənada bahalaşma var. “Azal”ın qiymətləri qaldırmasına gəldikdə isə məndə olan məlumatlara görə, Türkiyədə yanacağın qiyməti artıb. Həmçinin aeroportda rüsumları da artırıblar. Bu mənada bahalaşma gedişhaqqına da təsir göstərib”.
“Məgər “Azal”ın təyyarələri yanacağı Türkiyədən alır” replikasına isə A.İsmiyev “gedin bu sualı “Azal”ın rəhbərliyinə verin” deyə cavab verib.

RUSLAN






27 Aprel, 2011  19:13 Baxılıb: 1608 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16