Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

BƏHRAM OSMANOV AZƏRPAŞA NEMƏTOVU SATQIN ADLANDIRDI

Akademik Dram Tetrdan gedən rejissor İsrafil İsrafilov və Səyavuş Aslan barəsində də sərt fikirlər işlətdi 

Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov APA-ya müsahibə verib. Rejissor Azərbaycan teatr səhnəsində yaşanan xoşagəlməz hadisələrə diqqət çəkib. 

Öncə Akademik Dram Teatrında işləməkdən imtina səbəblərinə aydınlıq gətirən B.Osmanov deyib ki, özünü tetrın drektoru İsrafil İsrafilovun komandasında görməyib və gedib:

“Teatrda islahatlar adı altında baş verənləri qəbul edə bilmədim. İslahat o demək deyil ki, kimisə işdən xaric edəsən. İndiki islahat proqramında da bu şeylər vardı və görünür cənab direktor islahatı məhz bunda görür. İsrafil müəllim o teatrın direktorudur və heç bir teatrda direktor yaradıcılıq işlərinə qarışmır. Hətta qonşu Rusiyada elə bir teatr yoxdur ki, orada direktor yaradıcılıqla məşğul olsun. Rusiyanın ən güclü rejissorları bu gün bədii rəhbərdir və direktor ikinci adamdır. Həmişə də belə olub. Azərbaycanda isə direktor həmişə Bədii Şuranın sədri olub, baş rejissor həmişə ikinci adam olub. İsrafil İsrafilov teatrın sadəcə direktorudur, o teatrın bədii rəhbəri deyil, baş rejissoru deyil. Bəlkə də İsrafil İsrafilov kimisə axtarır... Azərbaycan rejissurasında adları olmayan, amma rejissor sayılan şəxsləri teatra dəvət edib, onların vaxtını uzatmaq üçün tamaşalar verir ki, kollektivin başı qarışsın və işləsin. Yəqin ki, öz qəlbinə hansısa birini yaxın bir adam hesab edir və nə zamansa məsələ qaldıracaq ki, bu adam teatrın baş rejissoru olsun. Yəqin ki, belə olacaq, onsuz mümkün deyil. Teatrda rejissorun ənənəvi işləməməsi yaxşı hal deyil. Rejissorun teatrda işləməyi həmin truppanın sabit qalmağı deməkdir. Rejissor aktyorlara ümid verir”.

B.Osmanov Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun mətbuatdakı açıqlamasının əksinə də fikirlər səsləndirib:

“Azərpaşa Nemətov qəzet səhifələrində bildirir ki, teatrlara rejissor lazım deyil, teatr direktorun teatrı olmalıdır. Bu, kökündən səhv fikirdir. Birinci növbədə bu çıxışlarla özünə yalan danışır, öz qəlbinə satqınlıq edir. Teatr rejissuradır, rejissura teatrın beynidir, aktyor rejissorsuz heç bir şey edə bilməz. Amma deyəndə ki, lazım deyil, bu fikir məni çox incidir. Amma mən bunu ürəklə deyirəm – lazımdır! Direktor hər şey edə bilər - teatra maddiyyat gətirə bilər, qastrollar təşkil edə bilər, müxtəlif ölkələrdən rejissorlar dəvət edə bilər, amma bu o demək deyil ki, o teatr canlı teatrdır. Teatra rəhbərlik edən həmişə rejissor olmalıdır”.

Rejissor xalq artisti Səyavuş Aslan aktyorluq kaprizlərinə də toxunub. O, deyib: 

“Həmişə Səyavuş Aslanın nazı ilə oynamışam. Gördüm ki, onun nazı ilə həddindən artıq çox oynamağım artıq digər aktyorlara pis təsir edir. O da bundan çox ərköyünlük edir. Məcbur olub, Səyavuş Aslanı “Arılar arasında” tamaşasından çıxartdım. Bildiyimə görə, ondan sonra kifayət qədər çıxıb mənim haqqımda danışdı. Bu, onun öz fikirləridir. Siyavuş Aslan Azərbaycan teatrının çox mötəbər aktyorlarından biridir, amma daha böyük aktyor ola bilərdi...”

Anar İsaoğlu






27 Aprel, 2011  17:49 Baxılıb: 2449 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16