Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

14 İL ÖNCƏ YAŞANAN HADİSƏ BAŞ VERSƏ...

Simsar.az xəbər saytlarının rəhbərlərinə internet böhranını xatırlatdı 

1997-ci il aprelin 25-də Floridada proqramistlərin səhvi ucbatından internet tarixdəki ən büyük böhranını yaşayıb. 

Bir həftə boyunca dünya internetsiz qalıb.

Hadisənin üzərindən 14 il ötür. Düzdü, 1997-ci ildə internet ölkəmizdə bu gün olduğu kimi çiçəklənmə dövrünü yaşamırdı. İndi bir çox mətbu orqanlar informasiyaları bu yolla ötürür.

Əgər 1997-ci ildə yaşanan hadisə bir daha baş versə, Azərbaycan informasiya məkanı hansı vəziyyətə düşər? Simsar.az-ın əməkdaşı bu sualı bir neçə xəbər saytının rəhbər şəxslərinə a ünvanlayıb.

Lent.az- saytının baş redaktoru Qabil Abbasoğlu:

- Siz çox ciddi hadisəni xatırlatdız. Texniki-baxımdan müqayisə edəndə internet 97-ci ildən bu yana çox inkişaf edib. Bu səbəbdən belə bir böhran baş versə, nəticələrini aradan qaldırmaq daha asan olacaq. Yəni bir həftə internetsiz qalmayacağıq. Amma əhəmiyyətlilik nöqteyi nəzərindən baxanda təbii ki, bu, hamı üçün böyük sarsıntı olardı. Eləcə də media üçün.

Mediaforum.az saytının baş redaktoru Azər Qaraçənli:

- Belə hadisə baş verərsə, mediadan daha çox, başqa sahələrə öz ciddi təsirini göstərər. Bu gün internet vasitəsilə ödənişlər edilir, mailiyyə əməliyyatları aparılır. Bu səbəbdən banklara ciddi ziyan vurar. Təbii ki, media da təsirlənər. Onlayn işləyən, işləməyən jurnalistlərin çoxu məlumatları internet vasitəsilə əldə edir. İndi internetin kəsilməsi işığın, suyun, qazın birdəfəlik kəsilməsi kimi bir şeydi.

Modern.az internet qəzetinin redaktoru Əfqan Qafarlı:

- İnternet olmasa, xəbər qıtlığı yaranar. Operativlik zəifləyər. İnsanlarda informasiya aclığı yaranar. Arzulamazdım ki, belə bir hal baş versin. Xüsusən də indi, yeni portalların, internet qəzetlərinin çox yarandığı bir vaxtda.

Qaynar.info saytının baş redaktoru Fərid Şahbazlı:

- Bu gün bir neçə qəzetləri çıxmaq şərtilə, oxucunun əsas hissəsini informasiya saytları cəlb edib. Bu ona görə baş verib ki, saytlarda məlumatların təqdimetməsi daha fərqlidi. Burada video, audio formatinda məlumatlar yerləşdirmək olur. Bu hal baş verərsə, auditoriyanın əsas hissəsini özünə cəlb etmiş, ictimai rəyə təsir göstərən informasiya vasitələri çökər.


Eyni sualla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə də müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov:

- Hər halda ölüm-itim olmaz. Amma təbii ki, bu halda hər sahədə çətinlik yaranar. Biz də bunun baş verməməsi üçün çalışırıq.

Günel Səfərova






25 Aprel, 2011  20:25 Baxılıb: 1526 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16