Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

HADİSƏ

TÜRKİYƏ HAKİMİYYƏTİ ÜÇÜN UTANCVERİCİ HADİSƏ-ŞOK

Nə qədər gizlətmək istəsələr də, mətbuat qızcığazın ölüm səbəbini ölkəyə duyurdu 

Hələ 2 yaş yarımlığında aclıqdan öldüyü xəbəri mətbuatın diqqətini cəlb etsə də, Samsun polisi uşağın bu səbəbdən ölümünü “hesabatda səhvən yazılmışdı” kimi 

Faciə bu ilin yanvarında baş verib. Hadisə ilə əlaqədar xəstəxananın ilkin hesabatında oxuyururq: “Kübra aclıqdan ölüb”. İşi araşdıran prokurorluq da həkim rəyini təsdiq edib. 

Kübra Samsunun Təkkəköy Mahalında 26 yaşlı Necla və keçirdiyi iş qəzası səbəbiylə işsiz olan 30 yaşlı Murat Bakırcı ailəsinin uşağıdır.

Hadisə baş verən günün səhəri – yanvarın 18-də  polis orqanlarının yaydığı bülletendə uşağın qida çatışmazlığından dünyasını dəyişdiyi bildirilsə də, mətbuatın daha çox diqqət çəkdiyi bu məqam Türkiyə Təhlükəsizlik Müdirliyi bülletenində “səhvən qidalanma çatşışmazlığı yazılıb” formasında təqdim olundu. Və ilkin açıqlamada əməyi olan polis məmurunun “yanlışlığa” görə vəzifəsinin kiçildiyi deyildi.

Türkiyə mətbuatı bu acşnacaqlı hadisəni bir daha gündəmə gətiriub. Hüriyyət. com saytındakı yazıda deyilir: “Qəti ölüm səbəbi üçün İstanbul Adli Tibb Təşkilatında gələcək nəticə gözlənilərkən, Kübra Nəzər Bakırcı ölmədən 25 gün əvvəl ailəsi tərəfindən Samsun Kadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparılıb. Müayinədə 'qidalanma çatışmazlığı' diaqnozu qoyulub. Bundan başqa, Samsun Respublika Prokurorluğu tərəfindən aparılan yarılmada kiçik qızın mədəsinin boş olduğu təsbit edilib”.

Bakırcı ailəsinin vəkili Yalçın Qorxmaz Kübranın Murat Bakırcının aprelin 15-i 2008-ci ildə işdə yaşadığı qəza nəticəsində sağ ayağı topuqdan kəsilib: “İctimai Təhlükəsizlik Təşkilatı İdarəsinə etdiyimiz müraciətdən sonra da ona pensiya kəsilməyib. Bu üzdən ata pulsuz qalaraq qızının qidasını belə ödəyə bilməyib və faciə baş verib”.

Nə qədər gizlətmək istəsələr də, qızcığazın ölüm səbəbini mətbuat ölkəyə duyurdu. Şok effekti verən bu xəbər hakimiyyət sözçülərini çıxılmaz duruma salıb.

Anar








25 Aprel, 2011  14:51 Baxılıb: 1447 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16