Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

SƏHVLƏRLƏ DOLU “MUHTAŞEM YUZ YIL”

Şah İsmayıl Xətainin şah deyil “Əmir” kimi göstərilməsi ciddi səhvdi 

Türkiyənin “TIMS Productions” şirkəti tərəfindən çəkilən “Muhtaşem yüz yıl” filmində Şah İsmayıl Xətai şah yox, əmir kimi göstərilir. Filmin rejissoru Durul Taylan və Yağmur Taylandır. Ssenari müəllifi isə Meral Okaydır. 
Filmdə Osmanlı imperatoru Sultan Süleyman Qanuniyə səfəvi hökmdarı adından məktub gəlir. Məktubda Səfəvi hökmdarı Sultan Süleymanı “Rodos” müharibəsindəki zəfəri üçün təbrik və təriflər edir.
Sultan Süleyman məktubun cavabını gecikdirmək olmaz deyərək, yanındakı mirzəyə yaz deyir. Mirzə isə “Şah İsmayıl Xətayiyəmi” yazacayıq deyəndə, Sultan Süleyman “əmirlər nə zaman şah oldu” deyə cavab verir.
Filmdə Səfəvi hökmdarı Şah İsmayıl Xətainin şah yox, məhz əmir kimi vurğulanmasına səbəb nədi?

Tarixçilərin “Möhtəşəm Yüzyıl” serialında diqqət çəkdiyi səhvlərdən bəzilərini təqdim edirik:
Filmdə hadisələr 1520 – ci ili əhatə edir. Halbuki Topqapı Sarayına padşahın ailəsinin gəlməsi 1540 - da başlayır. Bu tarixdən əvvəl padşahın ailəsi Beyazıtdəkı Köhnə Sarayda idi.
Yavuz Sultan Səlimin Rodos səfəri üçün 200 parça kalyon hazırlandığı deyilir. Osmanlıda ilk hərb gəmi isə 1644- də tikilib.
16-cı əsrdə adına Avropa deyilən müstəqil bir ərazi yox idi. Bu anlayış 18-ci əsrdən sonra işıqlanma dövründə ortaya çıxdı.

Padşahın sarayına qızlar seçilərək alınar, ardından çox ciddi bir təhsildən keçirilərdi. Başda ənənə-adət olmaq üzrə İslami elmlər ilə qabiliyyətlərinə görə bir sənətdə yetişdirilərdilər. Serialdakı saraya gələn qızların davranışlarının əsrlər boyunca süzülərək gələn saray tərbiyəsi və nəzakətilə əlaqəsi yoxdur.
Serialdakı oriyental oyunlar və musiqi Osmanlı əyləncə anlayışını, musiqisini əks etdirmir.
Atasının cənazəsi ortadaykən bir padşahın əyləncə hazırlaması inandırıcı deyil. Kostyumlar Osmanlıdan çox İngilis filmi “Tudorsdan” götürülməyə oxşayır.

Osmanlı ənənəsində padşahın hüzuruna baş açıq çıxılmazdı.

“Şahın da əmir kimi vurğulanması da ciddi səhvdir”

Professor, tarix elmləri doktoru, AMEA-nın Elmi Şurasının üzvü, Azərbaycan Turizm İnstitutunun professoru Kərim Şükürov: “Türkiyənin “Şou-tv” kanalında yayımlanan “Muhtaşem yüz yıl” filmini tarixdə göstərilənlərin qeyri-dəqiq versiyası hesab edir: “Bu film elə Türkiyədə də bir çox müzakirələrə səbəb olub. Mən həmin filmin Şah İsmayılla bağlı seriyasına baxdım. Şah İsmayıl Xətai Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olub. Həmişə Səfəvilərlə Osmanlılar arasında bir gərginlik və zidiyyət yaşanıb. Yəqin bunun nəticəsidir. Amma düşünürəm ki, o filmdə hadisələr siyasi xarakter daşımır, orada əsas diqqət şahın hərəmxanasında baş verən hadisələrə yönəlib. Ancaq Səfəvi hökmdarı İsmayıl əmir yox, əlbəttə ki şahdır. Şahın da əmir kimi vurğulanması da ciddi səhvdir”.
Simsar.az saytının əməkdaşı Türkiyə səfirliyinin mətbuat xidmətinin nümayəndəsi ilə də əlaqə saxlayıb. Səfirlikdən sözügedən serialdakı faktların təhrifi məqamlarına aydınlıq gətirən olmayıb. Bildirilib ki, cavabdeh filmi çəkən şirkətdi və ssenaristdi.

Aynurə Həsənova






22 Aprel, 2011  21:42 Baxılıb: 2147 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16