Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

ABŞ SƏFİRİ CULFAYA BURAXILMADI

Metyu Brayzanın Naxçıvan səfəri zəngin olub

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın Naxçıvan Muxtar Respublikasına iki günlük səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın təəssüratları əks olunan xəbər yayılıb. 


ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuat xidmətindən Simsar.az saytına verilən məlumatda deyilir ki, M.Brayza Naxçıvan rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb, həmçinin ABŞ-ın Energetika Departamenti tərəfindən maliyyələşən layihənin əhatə etdiyi sərhəd keçid məntəqəsində inkişafı nəzərdən keçirmək üçün Sədərəkə gedib.

Səfir Naxçıvanın müasir Azərbaycanda çox mühüm rol oyndığına diqqət çəkərək Ali Məclisin sədri Vasif Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli və vətəndaş cəmiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparmsı, o cümlədən Muxtar Respublikanın qədim tarixi barədə daha dərin biliklər əldə etməsi baxımından faydalı olduğunu deyib:

“Biz Naxçıvanlılarla, arxeologiya da daxil olmaqla bir sıra məsələlər, sərhəd təhlükəsizliyi, demokratiyanın gücləndirilməsi və təhsillə bağlı layihələrdə əməkdaşlıq edirik və bu əməkdaşlığı genişləndirməyi düşünürük”.

Hazırkı vəzifəsində Bakıdan kənar ilk rəsmi səfəri çərçivəsində, səfir Brayza Avropa Parlamenti, beynəlxalq arxeoloji qurumlar və vətəndaş cəmiyyəti təşkilatlarının etirazlarına, eləcə də o zaman səfir Brayzanın Azərbaycanın yüksək səviyyəli rəsmilərinə narahatçılığını ifadə etməsinə səbəb olmuş 2005-ci ildə erməni xaçkarlarının (qəbir daşları) məhv edilməsi məsələsini araşdırmaq məqsədilə Culfaya səfər etmək niyyətində olub. Lakin, səfirin Culfaya səfəri barədə müraciəti qəbul edilməyib. Bununla belə Naxçıvandakı rəsmilər Culfadakı xaçkarlarla əlaqədar məsələni səfir Brayza ilə ətraflı müzakirə etmiş və gələcək aylarda onunla əməkdaşlıq edərək Culfa qəbristanlığına səfərin təşkil ediləcəyinə vəd veriblər. Brayza mədəni abidələrin qorunmasında bütün bəşəriyyətin bir arada olmasının vacibliyini vurğulayıb: “Qafqaz bir çox mədəni sərvətlərin, bu gözəl bölgəyə məxsus müxtəlif etiqadlar, ənənə və dəyərlərin məskənidir” deyə Brayza bildirib: “Mən, Tiflisdə erməni kilsələri, həmçinin Şuşa və Ağdamda Azərbaycan məscidlərinin qorunmasında fəal iştirak etmişəm. Bu mədəni və dini abidələrin qorunması böyük bəşəri əhəmiyyət daşıyır, bu isə öz növbəsində bütün siyasi, mədəni və dini fərqlərin fövqündədir”.

Aynurə Həsənova






22 Aprel, 2011  15:43 Baxılıb: 1467 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16