Prezident problemləri dinləyib, gəncləri təşəbbüskar olmağa çağırıb
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Prezident Administrasiyasında bir qrup ictimai-fəal gənci qəbul edib. Görüşdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, sədrin müavini Səadət İmanova, bir sıra gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak ediblər.
ATGTİ-dən Simsar.az-a bildirilib ki, görüşdə gənclərin ictimai-siyasi fəallığından, sosial problemlərindən, ölkənin gənclər siyasətindən, bu istiqamətdə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətindən danışan cənab prezident gənclərin fikirlərini dinləyib, problemləri ilə tanış olub, gənclərin təşəbbüskarlığının vacibliyini vurğulayıb.
Sonda gənclərlə xatirə şəkli çəkdirən cənab Prezident onlara uğurlar arzulayıb.
Qeyd edək ki, ATGTİ-nin sədri Ş.İsmayilov “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nın layihəsinin hazırlamnasın üçün yaradılmış İşçı qrupunun üzvüdür.